UEFA Çempionlar Liqasının qrup mərhələsində V tura start verilib.
Fins.az-ın məlumatına görə, “Çelsi”dən sonra pley-offun daha bir iki iştirakçısı bəlli olub.
E qrupunda Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Zaqreb “Dinamo”su Xorvatiyada İtaliya “Milan”ını qəbul edib. Virusa yoluxan 25 yaşlı forvard ötən görüşü buraxmalı olsa da, bu dəfə ehtiyatda yer alıb. İtaliya klubu ilk qarşılaşmada olduğu kimi, bu dəfə də xorvatların öhdəsindən asanlıqla gəlib - 0:4.
F qrupunda “Leypziq” Almaniyada Madrid “Real”ını məğlub edib - 3:2.
H qrupunda Fransa PSJ-si və Portuqaliya “Benfika”sı 1/8 finala vaxtından əvvəl adlayıb. Paris klubu evdə İsrailin “Makkabi” (Hayfa) komandasını darmadağın edib - 7:2. Lissabon təmsilçisi isə İtaliya “Yuventus”undan üstün olub - 4:3. “Qoca sinyora”ya gəlincə, komanda artıq pley-offa çıxma imkanlarını itirib və daha bir oyundan sonra turnirlə vidalaşmalı olacaq.
Qeyd edək ki, daha əvvəl İtaliyanın “Napoli”, Belçikanın “Brügge”, Almaniyanın “Bavariya”, İspaniyanın “Real Madrid” və İngiltərənin “Mançester Siti” komandaları pley-offa vəsiqəni təmin ediblər.
Çempionlar Liqası
Qrup mərhələsi, V tur
25 oktyabr
E qrupu
“Zaltsburq” (Avstriya) - “Çelsi” (İngiltərə) 1:2
“Dinamo” (Zaqreb, Xorvatiya) - “Milan” (İtaliya) 0:4
F qrupu
“Seltik” (Şotlandiya) - “Şaxtyor” (Donetsk, Ukrayna) 1:1
“Leypziq” (Almaniya) - “Real Madrid” (İspaniya) 3:2
G qrupu
“Sevilya” (İspaniya) - “Kopenhagen” (Danimarka) 3:0
“Borussiya” (Dortmund, Almaniya) - “Mançester Siti” (İngiltərə) 0:0
H qrupu
PSJ (Fransa) - “Makkabi” (Hayfa, İsrail) 7:2
“Benfika” (Portuqaliya) - “Yuventus” (İtaliya) 4:3