İDMAN

25 Oktyabr

"Mançester Yunayted"in baş məşqçisi Ronaldunu bağışlamaq üçün şərtlərini açıqlayıb

İngiltərə "Mançester Yunayted"inin baş məşqçisi Erik ten Haq portuqliyalı futbolçu Kriştianu Ronaldunu əsas komanda ilə məşqlərə qaytarmaq üçün şərtlərini açıqlayıb.

Fins.az xəbər verir ki, niderlandlı mütəxəssis 37 yaşlı hücumçunu yalnız ehtiyat oyunçular skamyasında oturmağa etiraz etməyəcəyi halda bağışlayacağını bildirib. Təcrübəli forvard həmçinin etdiyi hərəkətə görə üzr istəməlidir.

Ulduz futbolçu bu şərtləri qəbul etməsə, onun özünə yeni komanda axtarmasına icazə veriləcək.

Qeyd edək ki, Kriştianu Ronaldu İngiltərə Premyer Liqasının XII turunda "Tottenhem"lə ev oyunu başa çatmamış "Old Trafford" stadionunu tərk etdiyi üçün cəzalanıb.