İDMAN

25 Oktyabr

Dünya çempionatlarında kapitan kimi ən çox oyuna çıxan futbolçular

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) bu il Qətərdə keçiriləcək dünya çempionatı ərəfəsində daha bir mövzu ilə bağlı araşdırma aparıb.

Mundiallarda kapitan kimi ən çox meydana çıxan oyunçuların siyahısı tərtib olunub.

İlk pillədə Argentina yığmasının əfsanəvi hücumçusu Dieqo Maradona qərarlaşıb. Mərhum forvard finallarda 16 dəfə kapitanlıq sarğısını taxıb.

İkinci sırada meksikalı Rafael Markes (15), üçüncü mövqedə isə italiyalı qapıçı Dino Zoff (14) yer alıb.

Argentina millisinin hazırkı kapitanı Lionel Messi və Portuqaliya yığmasından Kriştianu Ronaldu DÇ-2022-də iştirak edəcəkləri halda Maradonanın rekorduna çata bilərlər.

 

Futbolçu

Ölkə

Oyun

Turnir

1

Dieqo Maradona

Argentina

16

1982(0), 1986(7), 1990(7), 1994(2)

2

Rafael Markez

Meksika

15

2002(4), 2006(4), 2010(2), 2014(4), 2018(1)

3

Dino Zoff

İtaliya

14

1974(0), 1978(7), 1982(7)

4

Kazimirz Deyna

Polşa

13

1974(7), 1978(6)

 

Paolo Maldini

İtaliya

13

1990(0), 1994(4), 1998(5), 2002(4)

 

Filipp Lam

Almaniya

13

2006(0), 2010(6), 2014(7)

7

Ladislav Novak

Çexoslovakiya

12

1954(2), 1958(4), 1962(6)

 

Uve Siler

Almaniya

12

1958(0), 1962(0), 1966(6), 1970(6)

 

Daniel Pazzarella

Argentina

12

1978(7), 1982(5)

 

Lotar Matteus

Almaniya

12

1982(0), 1986(0), 1990(7), 1994(5), 1998(0)

 

Lionel Messi

Argentina

12

2006(0), 2010(1), 2014(7), 2018(4)

12

Dunqa

Braziliya

11

1990(0), 1994(4), 1998(7)

 

Kafu

Braziliya

11

1994(0), 1998(0), 2002(7), 2006(4)

 

İker Kasilyas

İspaniya

11

2002(0), 2006(2), 2010(7), 2014(2)

 

Kristiano Ronaldu

Portugal

11

2006(0), 2010(4), 2014(3), 2018(4)