Fransa millisinin hücumçusu Kilian Mbappe "Pari Sen Jermen" futbol klubu ilə müqaviləsinin uzadılması sayəsində tarixdə ən çox əmək haqqı alan idmançıdır.
Bu barədə Fransanın "Le Parisien" qəzeti xəbər verib.
Məlumata əsasən, yazda hücumçu ilə daha bir mövsüm uzatma imkanı ilə iki illik müqavilə imzalayan paytaxt klubu bu müqavilənin şərtlərinə görə ulduz oyunçusuna ümumilikdə 630 milyon avro ödəyəcək.
Bu göstərici üzrə rekord 2017-ci ildə "Barselona" ilə 555 milyon avroya müqavilə imzalayan argentinalı Lionel Messiyə məxsusdur.