Futbol üzrə Azərbaycan Premyer Liqasında bu gün XI tura start veriləcək.
Fins.az xəbər verir ki, günün yeganə matçında ölkə çempionu “Qarabağ” “Turan Tovuz”u qəbul edəcək.
“Azersun Arena”dakı qarşılaşma saat 19:00-da başlayacaq. Hazırda “Köhlən atlar” 27 xalla liderdir. Tovuz təmsilçisi isə 12 xalla 6-cı pillədə qərarlaşıb. Komandalar arasındakı III turdan təxirə salınmış görüş noyabrın 9-da olacaq.
Azərbaycan Premyer Liqası
XI tur
20 oktyabr (cümə axşamı)
19:00. “Qarabağ” – “Turan Tovuz”
Hakimlər: Vüqar Həsənli, Akif Əmirəli, Müslüm Əliyev, Kamranbəy Rəhimov
VAR: Tural Qurbanov
AVAR: Cavanşir Yusifov
Hakim-inspektor: Gülağa Cabarov
“Azersun Arena”
Qeyd edək ki, XI turun “Qəbələ” – “Kəpəz”, “Sumqayıt” – “Zirə” oyunları oktyabrın 22-də, “Səbail” – “Şamaxı” və “Neftçi” – “Sabah” qarşılaşmaları isə oktyabrın 23-də olacaq.