İDMAN

13 Oktyabr

Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq yarışda iştirak edəcək

Stolüstü tennis üzrə Azərbaycan millisi daha bir beynəlxalq yarışda iştirak edəcək.

Federasiyadan  verilən məlumata görə, komanda Qazaxıstanın məşhur idmançısı Yermak Kitayevin xatirə turnirinə qatılacaq.

Pavlodar şəhərində təşkil olunacaq yarışda böyük məşqçi Fərhad İsmayılov və məşqçi Rza Mirzəyevin rəhbərliyi ilə Vəzir Allahverdiyev, Nihad Məmmədov, İbrahim Ansari, Ləman Abdulhəmidova, Zemfira Mikayılova və Arzu Aslanova mübarizə aparacaq.

Oktyabrın 15-də start veriləcək beynəlxalq turnir 3 gün davam edəcək.