İDMAN

12 Oktyabr

Çempionlar Liqası: Real son anda məğlubiyyətdən qurtuldu, Çelsi Milandan üstün oldu

UEFA Çempionlar Liqasının qrup mərhələsində IV tura start verilib.

İlk oyun günündə E, F, G və H qruplarında ümumilikdə 8 görüş keçirilib.

F qrupunda Madrid “Real”ı Polşada Ukraynanın “Şaxtyor” (Donetsk) klubunun qonağı olub. Matç bir çox gözləntilərin əksinə olaraq, nominal ev sahiblərinin üstünlüyü ilə keçib. Kral klubu yalnız son saniyələrdə vurduğu cavab qolu ilə məğlubiyyətdən xilas olmağı bacarıb - 1:1.

G qrupunda Dortmund “Borussiya”sı da Almaniyada İspaniya “Sevilya”sı ilə “sülh” bağlayıb - 1:1.

H qrupunda PSJ (Fransa) – “Benfika” (Portuqaliya), eləcə də E qrupunda Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın “Dinamo” (Zaqreb) klubu ilə Avstriya “Zalsburq”u arasındakı oyunlar da analoji hesabla yekunlaşıb - 1:1.

E qrupunun digər matçında isə İngiltərənin “Çelsi” klubu İtaliya “Milan”ına iki cavabsız qolla qalib gəlib - 0:2.

Çempionlar Liqası

Qrup mərhələsi, IV tur

11 oktyabr

E qrupu

“Milan” (İtaliya) – “Çelsi” (İngiltərə) 0:2

“Dinamo” (Zaqreb, Xorvatiya) – “Zalsburq” (Avstriya) 1:1

F qrupu

“Seltik” (Şotlandiya) – “Leypziq” (Almaniya) 0:2

“Şaxtyor” (Donetsk, Ukrayna) – “Real Madrid” (İspaniya) 1:1

G qrupu

“Kopenhagen” (Danimarka) – “Mançester Siti” (İngiltərə) 0:0

“Borussiya” (Dortmund, Almaniya) – “Sevilya” (İspaniya) 1:1

H qrupu

“Makkabi” (Hayfa, İsrail) – “Yuventus” (İtaliya) 2:0

PSJ (Fransa) – “Benfika” (Portuqaliya) 1:1

Qeyd edək ki, IV turun digər 8 oyunu oktyabrın 12-də keçiriləcək.