İDMAN

10 Oktyabr

Emreli borcunu ödədi, FİFA qadağanı ləğv etdi

FİFA tərəfindən “Legiya”ya 100 min avro borcu olduğuna görə cəzalanan Azərbaycan yığmasının hücumçusu Mahir Emreli borcunu ödəyib.

Fins.az xəbər verir ki, Emreli ali futbol qurumunun cəzasını açıqladığı günün sabahısı həmin məbləği Polşa klubunun hesabına köçürüb.

Bildirilir ki, bu məbləğ təxminən 105 min avro olub. 100 min avro borcunun üzərində 5 min avro da cərimə olaraq ödənilib.

FİFA-nın da Mahir Emreli ilə bağlı qərarı artıq ləğv edilib.