İDMAN

07 Oktyabr

FİFA Mahir Emrelini cəzalandırdı, klubu açıqlama yaydı

Xorvatiyanın “Dinamo” (Zaqreb) klubu futbolçusu Mahir Emreli ilə bağlı açıqlama yayıb.

Fins.az-ın məlumatına görə, Zaqreb təmsilçisi 25 yaşlı hücumçunun FIFA tərəfindən cəzalandırıldığını təsdiqləyib.

Klubdan bildirilib ki, ali futbol qurumunun qərarı oktyabrın 5-də Xorvatiya Futbol Assosiasiyası vasitəsilə çatdırılıb:

“Dinamo” bu məsələdə bitərəfdir. Futbolçunun bütün borcu ödənilənədək FİFA-nın diskvalifikasiya ilə bağlı qərarı tətbiq ediləcək”.

Qeyd edək ki, FIFA “Legiya” qarşısında maliyyə öhdəliklərini yerinə yetirmədiyi üçün Mahir Emrleinin futbolla bağlı bütün fəaliyyətinə qadağa qoyub.