UEFA Çempionlar Liqasının qrup mərhələsində III tura yekun vurulub.
Son oyun günündə E, F, G və H qruplarında səkkiz qarşılaşma baş tutub.
E qrupunda “Çelsi” İngiltərədə İtaliya “Milan”ını qəbul edib. Oyun ev sahibinin mütləq qələbəsilə nəticələnib - 3:0.
F qrupunda turnirin son qalibi, Madrid “Real”ı Polşada Ukraynanın “Şaxtyor” (Donetsk) komandası ilə qarşılaşıb. Kral klubunun iki qoluna ukraynalılar bir qolla cavab veriblər - 2:1.
G qrupunda “Mançester Siti” İngiltərədə Danimarka “Kopenhagen”ini darmadağın edib - 5:0. “Sevilya” isə İspaniyada Almaniyanın “Borussiya” (Dortmund) komandasına böyük hesabla uduzub - 1:4.
H qrupunda “Yuventus” İtaliyada İsrail “Makkabi”sini (Hayfa) məğlub edib - 3:1, “Benfika” isə Portuqaliyada Fransanın PSJ klubu ilə heç-heçə edib - 1:1.
Çempionlar Liqası
Qrup mərhələsi, III tur
5 oktyabr
E qrupu
“Zalsburq” (Avstriya) - “Dinamo” (Zaqreb, Xorvatiya) 1:0
“Çelsi” (İngiltərə) - “Milan” (İtaliya) 3:0
F qrupu
“Leypziq” (Almaniya) - “Seltik” (Şotlandiya) 3:1
“Real Madrid” (İspaniya) - “Şaxtyor” (Donetsk, Ukrayna) 2:1
G qrupu
“Mançester Siti” (İngiltərə) - “Kopenhagen” (Danimarka) 5:0
“Sevilya” (İspaniya) - “Borussiya” (Dortmund, Almaniya) 1:4
H qrupu
“Yuventus” (İtaliya) - “Makkabi” (Hayfa, İsrail) 3:1
“Benfika” (Portuqaliya) - PSJ (Fransa) 1:1