Azərbaycanın beş MMA döyüşçüsü Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında medal qazanıb.
Fins.az-ın məlumatına görə, 56 kq çəki dərəcəsində çıxış edən Yusif Əliyev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
83 kq-da yer alan Fərman Həsənov ikinci yerin tutub. 56 kq da Nicat Xankişiyev, 61 kq-da Tahirə Babayeva və 70 kq-da İmran Abbasquliyev isə 3-cü yeri tutublar.