“Əl Hilal”ın prezidenti Fahd bin Nafel “Mançester Yunayted”də gələcəyi qeyri-müəyyən olan Kriştianu Ronaldunun transferinin niyə baş tutmadığını açıqlayıb.
Onun sözlərinə görə, məsələ maddiyyatla bağlı olmayıb.
“Ronaldu ilə görüşdük. Problem pulda deyildi. “Əl-Hilal” dünya ulduzlarını dəvət edə bilər, amma yeni oyunçuların qeydiyyatına qadağa qoyulması qərarı bizə mane oldu”, - deyə Nafel izah edib.
Qeyd edək ki, iyul ayında AS xəbər vermişdi ki, Səudiyyə Ərəbistanından adı açıqlanmayan komanda portuqaliyalının transferi üçün “Mançester Yunayted”ə 30 milyon avro təklif edib. Hücumçu iki illik müqaviləyə əsasən 250 milyon avro qazanmalı idi.