Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin köməkçi məşqçisi Emin Əbilov karyerasını Türkiyədə davam etdirəcək.
Federasiyadan verilən məlumata görə, o, 2022/2023-cü il mövsümündə Sultanlar Liqasında mübarizə aparacaq “Sarıyer Belediyespor” ilə 1 illik müqavilə imzalayıb.
Mütəxəssis yeni komandasında birinci köməkçi məşqçi olacaq.