"Formula 1" Monako Qran-prisi ilə müqavilənin müddətini uzadıb.
Fins.az yarışın rəsmi saytına istinadən xəbər verir ki, yeni sözləşmə 2025-ci ilədək nəzərdə tutulub.
Əməkdaşlığın həmin tarixdən sonra da davam etdiriləcəyi istisna olunmur.
Qeyd edək ki, Monako Qran-prisi ilə müqavilə 2022-ci ilin sonunda başa çatmalı idi.