İDMAN

17 Avqust

"Barselona"nın prezidenti Setyenin istefaya göndərildiyini təsdiqlədi

İspaniyanın "Barselona" futbol klubunun baş məşqçisi Kike Setyen istefaya göndərilib.

Fins.az  "TASS"a istinadən verdiyi məlumata görə, bunu "Barselona"nın prezidenti Xosep Bartomeu deyib.

X.Bartomeu bildirib: "Setyen istefaya göndərilib".

Xatırladaq ki, avqustun 14-ü "Barselona" UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində 2:8 hesabı ilə Almaniyanın "Bavariya" klubuna məğlub olub.