İngiltərənin "Mançester Siti" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Fins.az xəbər verir ki, "şəhərlilər" İspaniya "Valensiya"sından Fernan Torresin keçidini həll edib.
20 yaşlı vingerlə anlaşan Premyer Liqa təmsilçisi onunla 5 illik müqavilə imzalayacaq. Mançesterlilərin bu transfer üçün qarşı tərəfə 27 milyon avro təzminat ödəyəcəyi bildirilib.
Bu, "Mançester Siti"nin mövsümlərarası fasilədə ilk transferidir.
Qeyd edək ki, ötən mövsüm "Valensiya"nın heyətində 44 oyun keçirən ispan futbolçu 6 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.