FIFA İcraiyyə Komitəsinin Bürosu koronavirus pandemiyasından zərər görən milli assosiasiyalara maliyyə yardımının göstərilməsini təsdiqləyib.
Fins.az-ın məlumatına görə, futbol ictimaiyyəti üçün nəzərdə tutulan 1,5 milyard ABŞ dolları vəsait kişi və qadın, gənclər və kütləvi futbola kombinə olunmuş qrantlar sistemi və istiqrazlar sistemi vasitəsilə sərt tələblər əsasında ayrılacaq.
211 milli assosiasiyanın hər biri, o cümlədən AFFA 1 milyon ABŞ dolları qrant alacaq. Daha 500 min ABŞ dolları isə qadın futboluna yönəldiləcək. Üzv ölkələr hərəyə 5 milyon ABŞ dolları kredit də götürə biləcəklər.