İDMAN

29 İyul

Bekhemin klubu Falkao ilə maraqlanır

Türkiyənin "Qalatasaray" komandasının futbolçusu Radamel Falkao karyerasını MLS-də davam etdirə bilər. 

Fins.az-ın məlumatına görə, 34 yaşlı hücumçu ilə ABŞ-ın "İnter Mayami" klubu maraqlanır. İstanbul təmsilçisinin rəhbərliyi cəlbedici təklif müqabilində Falkaonu buraxmağa hazırdır.  

Bu mövsüm kolumbiyalı forvard 22 oyuna 11 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. 

"İnter Mayami"nin sahibi İngiltərə millisinin sabiq futbolçusu Devid Bekhemdir.