Futbol üzrə Rusiya kuboku yarışlarının qalibi müəyyənləşib.
Fins.az xəbər verir ki, final görüşündə “Zenit” Birinci divizion təmsilçisi “Ximki” ilə qarşılaşıb.
Matç Sankt-Peterburq təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da “Zenit” dördüncü dəfə ölkə kubokunu qazanıb.
Sergey Semakın çalışdırdığı komanda bu mövsüm Premyer Liqa çempionluğu da yaşayıb.