Formula 1 rəhbərliyi cari ildə keçirilməsi nəzərdə tutulan ABŞ, Meksika və Braziliya mərhələlərindən koronavirus pandemiyasına görə imtina etmək istəyir.
Fins.az xəbər verir ki, Formula 1 rəhbərliyi cari mövsümün təqviminə Nyurburqrin, Portimao və İmola Qran-prilərini əlavə etmək niyyətindədir. Bu mərhələlər ABŞ, Meksika və Braziliya yürüşlərini əvəz edə bilər. Bir müddət əvvəl isə Kanada Qran-Prisinin də ləğv olunduğu açıqlanmışdı.
Qeyd edək ki, cari mövsümdə ən azı 16 mərhələnin keçirilməsi nəzərdə tutulub. Dünya çempionatının sonuncu yarışlarının Asiyada – Bəhreyndə və Abu-Dabidə təşkil olunması planlaşdırılır.