İDMAN

25 İyul

“Paris Sen-Jermen” Fransa kubokunun qalibi olub

İyulun 24-də futbol üzrə Fransa kubokunun final görüşü keçirilib.

Fins.az xəbər verir ki, turnirin həlledici görüşü “Stad de France” stadionunda “Paris Sen-Jermen” və “Sent-Etyen” komandaları arasında oynanılıb.

Gərgin keçən görüş “Paris Sen-Jermen” klubunun minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0. Oyunda yeganə qolun müəllifi 14-cü dəqiqədə braziliyalı Neymar olub.

Qarşılaşmada baş hakim 11 sarı və 1 qırmızı vərəqə göstərib.

Matçın 31-ci dəqiqəsində “Sent-Etyen” klubunun müdafiəçisi Loic Perrin kobud oyuna görə meydandan kənarlaşdırılıb.

Beləliklə, final görüşündə qələbə qazanan “Paris Sen-Jermen” tarixində 13-cü dəfə bu titula yiyələnib.

Qeyd edək ki, Fransa çempionatının 2019-2020-ci il mövsümünün qalibi məhz “Paris Sen-Jermen” olub.