İDMAN

25 İyul

"Beşiktaş" daha iki futbolçu ilə yollarını ayırır

İstanbulun "Beşiktaş" futbol klubunun oyunçuları Gökhan Gönül və Caner Erkin komandadan ayrılmağa qərar verib.

Fins.az xəbər verir ki, klub rəhbərliyi sözügedən oyunçularla müqaviləni yeniləmək üçün görüşsə də, buna nail olmayıb. G.Gönül və C.Erkin cari mövsümün sonunda "Beşiktaş"dan ayrılmaq istədiklərini bildiriblər.

Qeyd edək ki, hər iki futbolçunun adı "Fənərbaxça" ilə hallanır.