İDMAN

24 İyul

"Liverpul" və "Çelsi"nin baş məşqçiləri arasında mübahisə - VİDEO

Futbol üzrə İngiltərə Premyer Liqasında XXXVII tur matçı zamanı "Liverpul" və "Çelsi" komandalarının baş məşqçiləri Yurgen Klopp ilə Frenk Lempard arasında münaqişə baş verib. 

Fins.az-ın məlumatına görə, oyun epizodlarının birindən sonra meydan sahiblərinin məşqçilər heyəti London təmsilçisinin oyunçusunun kobud oynadığını iddia edib. Lempard isə üzünü onlara tutaraq, Nə qayda pozuntusu? Orada belə bir şey yoxdur!" deyib. Mübahisəyə Kloppun köməkçisi Pep Linders qoşulduqda rəqib baş məşqçinin söyüşlərinə məruz qalıb. 

Bu halda məsələyə "Liverpul"un baş məşqçisinin özü qarışıb. Klopp Lindersdən sakitləşib yerində oturmasını, Lemparda isə onun köməkçisi ilə söyüşlə danışmamasını xahiş edib. 

Bundan sonra "Liverpul"un əməkdaşlarından biri qayda pozuntusunun olduğunu iddia edib. "Çelsi"nin baş məşqçisi ona "Mən hələ səndən soruşmamışam. Kəs səsini!" deyə qışqırıb. Klopp isə Lemparda qəzəbləndikdə, "Sən də rədd ol! Cəmi bir titulun var. İtil burdan!" cavabını alıb. 

Qeyd edək ki, "Enfild" stadionunda keçirilmiş oyun "Liverpul"un qələbəsi ilə yekunlaşıb - 5:3.