İDMAN

23 İyul

"Səbail" kapitanı ilə müqaviləni uzatdı

"Səbail" klubu daha bir futbolçusu ilə müqavilənin müddətini uzadıb. 

Bu barədə Fins.az-a paytaxt təmsilçisinin Mətbuat xidmətinin rəhbəri Törə Əhmədova məlumat verib. 

Onun sözlərinə görə, komandanın kapitanı Rahid Əmirquliyev yeni sözləşməyə imza atıb. 31 yaşlı yarımmüdafiəçi 2020/2021 mövsümündə də "Səbail"in formasını geyinəcək. 

Qeyd edək ki, Rahid Əmirquliyev 2018-ci ildən "Səbail"də çıxış edir. Təcrübəli oyunçu komanda ilə 2018/2019 mövsümündə Premyer Liqanın bürünc medalını qazanıb.