Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarında futbol yarışlarının vaxtı bəlli olub.
Fins.az FIFA-nın rəsmi "Twitter" səhifəsinə istinadən xəbər verir ki, kişilərin yarışı 2021-ci il 22 iyul - 7 avqustda gerçəkləşəcək.
Qadınların analoji turniri isə gələn il 21 iyul - 6 avqustda olacaq.
Qeyd edək ki, "Tokio-2020" koronavirus pandemiyası səbəbindən 2021-ci il 23 iyul - 8 avqusta təxirə salınıb.