İDMAN

23 İyul

Milliləşdirilmiş futbolçu Ağdamın işğalı ilə bağlı paylaşım etdi

Azərbaycan millisinin futbolçusu Riçard Almeyda Ağdamın işğalı ilə bağlı paylaşım edib. 

Fins.az-ın məlumatına görə, 31 yaşlı yarımmüdafiəçi "Intagram" hesabında "Ağdamsız 27 il" yazılan fotonu yerləşdirib. 

Qeyd edək ki, Riçard Almeyda son olaraq Birləşmiş Ərəb Əmirliklərinin "Baniyas" klubunun formasını geyinib. Onun klubla müqaviləsi başa çatıb. 

2012-ci ilin iyununda “Qarabağ”a keçən yarımmüdafiəçi 2018-ci ilin yayında Qazaxıstan “Astana”sına transfer olmuşdu. 2019-cu ilin yanvarında icarə əsasında Ağdam təmsilçisinə qayıdan təcrübəli futbolçu bu ilin yanvarında "Baniyas"la 6 aylıq müqavilə imzalayıb.