İDMAN

22 İyul

"Barselona"da istirahət

“Barselona”nın futbolçuları istirahətə buraxılıb.

Fins.az xəbər verir ki, Kataloniya təmsilçisinin baş məşqçisi Kike Setyen futbolçulara bir həftəlik istirahət verib. Oyunçular iyulun 28-də məşqə qayıdacaqlar.

Qeyd edək ki, “Barselona” La Liqada mövsümü ikinci sırada tamamlayıb. Komanda avqustun 8-də, “Kamp Nou”da “Napoli” ilə Çempionlar Liqasının 1/8 finalının cavab oyununa çıxacaq. Komandalar arasındakı ilk matç 1:1 hesablı bərabərliklə bitib.