İDMAN

22 İyul

"Çelsi" Ştegenlə maraqlanır

"Çelsi" yay transfer pəncərəsində qapıçı mövqeyini gücləndirmək istəyir.

Fins.az xəbər verir ki, London klubu "Barselona" nın qapıçısı Mark-Andre ter Ştegenlə maraqlanır.

"Çelsi" bu transferin həyata keçirilməsinin çətin olacağını bilsə də, klub alman oyunçunu almaqla israrlıdır. Premyer Liqa təmsilçisinin Ştegen üçün müqaviləyə qapıçısı Kepa Arrisabalaqanı daxil etməyə hazır olduğu vurğulanıb.

Eyni zamanda, "Barselona"nın 28 yaşlı qolkiperi satmağı düşünmədiyi, onunla yeni müqavilə imzalamağa çalışdığı qeyd olunub.

Xatırladaq ki, Ştegen La Liqada başa  çatan mövsümdə 36 oyun keçirib və bu matçlardan 12-də qapısını toxunulmaz saxlayıb.