İDMAN

22 İyul

Heç bir oyuna çıxmayan Kasilyas qızıl medala layiq görüldü

İspaniyalı qolkiper İker Kasilyas futbol üzrə Portuqaliya çempionatının qızıl medalını qazanıb.

Fins.az xəbər verir ki, 2019/2020-ci illər mövsümünün qalibi “Portu” klubu olub.

İ.Kasilyas mövsüm ərzində “Portu”nun heyətində heç bir matça çıxmasa da, əsas heyətin üzvü kimi qızıl mükafata layiq görülüb.

Məşhur qapıçı “Instagram” səhifəsində çempionluğunu şərh edib.

“Məni bu medala təltif edən həmkarlarıma təşəkkür etmək üçün deməyə söz tapmıram. Bu, adi jestə oxşayır, amma mənim üçün belə deyil”, - İ.Kasilyas yazıb.

Xatırladaq ki, 2019-cu ilin mayında İker Kasilyas “Portu”nun məşq bazasında infarkt keçirib. O, bu hadisədən sonra peşəkar səviyyədə matçlarda iştirak edə bilməyib.