"Tottenhem"in yarımmüdafiəçisi Erik Dayer komandada qalıb.
Fins.az-ın məlumatına görə, 26 yaşlı orta sahə oyunçusu London təmsilçisi ilə yeni müqavilə imzalayıb.
Bir neçə klubun maraq dairəsində olan İngiltərə millisinin üzvü "Tottenhem"lə müqavilə müddətini 2024-cü ilin yayına qədər uzadıb.
Qeyd edək ki, Erik Dayer bu mövsüm 29 oyunda iştirak edib, 2 məhsuldar ötürmə verib.