İDMAN

21 İyul

"Yuventus" "Latsio"nu məğlub etdi

Futbol üzrə İtaliya A Seriyasında XXXIV turun son oyunu lider "Yuventus" ilə "Latsio" arasında keçirilib. 

Fins.az-ın məlumatına görə, Turindəki "Alyans Stadium"da təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1. "Qoca sinyora"nın hər iki qolunu Kriştianu Ronaldu vurub. 51-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən portuqaliyalı hücumçu 54-cü dəqiqədə də fərqlənib. Paytaxt komandasından isə Çiro İmmobile 83-cü dəqiqədə penaltini dəqiq yerinə yetirib. 

Bununla da xalını 80-ə çatdıran "Yuventus" çempionatın sonuna 4 tur qalmış ən yaxın izləyicisi "İnter"dən 8 xal aralanıb. "Atalanta" 71 xalla 3-cü, "Latsio" 69 xalla 4-cüdür. 

Ronaldu isə qollarının sayını 30-a çatdıraraq, bombardirlər siyahısında İmmobile ilə birlikdə şərikli liderə çevrilib. 35 yaşlı forvard son 4 ildə ilk dəfə ölkə çempionatında 30 və daha çox qol vuran ilk futbolçuya çevrilib. Sonuncu dəfə o, 2015/2016 mövsümündə "Real Madrid"in heyətində İspaniya La Liqasında 35 topla birinci yeri tutmuşdu.