Türkiyə Super Liqasının 33-cü turunda “Başakşəhər“ “Kayserispor“a minimal hesabla qalib gəlib.
Fins.az xəbər verir ki, matç 1:0 hesabı ilə başa çatıb. Qələbə qazanan “Başakşəhər“ Super Liqanın çempionu olub.
Qarşılaşma İstanbulun “Başakşəhər Fatih Terim” stadionunda baş tutub. Matçda yeganə qol birinci hissənin 19-cu dəqiqəsində vurulub. Mahmut Tekdemir komandasının matçdakı yeganə qoluna imza atıb. Qarşılaşmanın 36-cı dəqiqəsində meydan sahibləri hesabdakı fərqi artırmaq imkanı qazanıblar. Lakin Edin Vişç 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirə bilməyib.