İngiltərə kubokunun finalında “Arsenal”ın rəqibi müəyyənləşib.
Fins.az xəbər verir ki, bu gün yarımfinalın ikinci qarşılaşması baş tutub.
Qarşılaşmada “Mançester Yunayted” doğma meydanda “Çelsi”ni sınağa çəkib.
Gərgin keçən qarşılaşmada “zadəganlar” 3:1 hesablı qələbə qazanaraq, finala yüksəliblər.
Qeyd edək ki, birinci yarımfinal qarşılaşmasında “Arsenal” “Mançester Siti” üzərində 2:0 hesabı ilə qələbə qazanmışdı.
Xatırladaq ki, ötən il mayın 29-da Bakıda keçiriln UEFA Avropa Liqasının finalıdan “Arsenal” və “Çelsi” üz-üzə gəlmişdi. Həmin qarşılaşmada “Çelsi” 4:1 hesablı qələbəyə sevinmişdi.