"Yuventus"un sabiq futbolçusu Andrea Pirlo Turin klubunun U-23 komandasının baş məşqçisi olmağa yaxındır.
Fins.az xəbər verir ki, 41 yaşlı sabiq yarımmüdafiəçi A seriyası təmsilçisi ilə müqavilənin şərtləri ilə bağlı razılığa gəlib.
Qeyd edək ki, Pirlo 2017-ci ildə futbolçu karyerasını başa vurub. Onun son klubu "Nyu-York Siti" olub.