İDMAN

17 İyul

Çempionlar Liqasında yeni mövsümün ilk püşkü atıldı

UEFA Çempionlar Liqasında 2020/2021 mövsümünün ilkin mərhələsinin püşkü atılıb. 

Fins.az-ın məlumatına görə, püşkatmada UEFA reytinqində ən aşağı pillələrdə olan 4 ölkənin - Şimali İrlandiya, Kosovo, Andorra və San Marinonun çempionları iştirak edib. 

San Marino çempionu - Şimali İrlandiya çempionu 

Kosova çempionu - Andorra çempionu 

Avrokuboklar üçün klubların yekun siyahısı avqustun 3-də təsdiqlənəcək. Bu səbəbdən, püşkatmada ölkələrin adları yer alıb.  

Qeyd edək ki, ilkin mərhələnin yarımfinal matçları avqustun 8-də, final isə 3 gün sonra neytral meydanda olacaq. Turnirin qalibi 18-19 avqustda keçiriləcək Çempionlar Liqasının I təsnifat mərhələsinə vəsiqə qazanacaq.