2022-ci ildə Seneqalın paytaxtı Dakarda keçiriləcək Yeniyetmələrin Yay Olimpiya Oyunları təxirə salınıb.
Fins.az xəbər verir ki, Seneqal və IOC yarışın 2026-cı ildə keçirilməsinə dair razılığa gəliblər.
Seneqal prezidenti Maki Sallın təklifi, IOC prezidenti Tomas Bax tərəfindən müsbət qarşılanıb.