Futbol üzrə Portuqaliya çempionatının qalib müəyyənləşib.
Fins.az xəbər verir ki, XXXII turda evdə "Sportinq"i 2:0 hesabı ilə məğlub edən "Portu" əsas rəqibi "Benfika" üçün əlçatmaz olub.
Sona iki tur qalmış xalını 70-a çatdıran komanda ikinci sıradakı rəqibini 8 xal geridə qoyub.
Qeyd edək ki, "Portu" tarixində 29-cu çempionluğunu əldə edib.