İDMAN

15 İyul

"Mançester Siti" Qvardiolaya yeni müqavilə təklif edir

İngiltərənin "Mançester Siti" klubu komandanın baş məşqçisi Xosep Qvardiolaya yeni müqavilə təklif edəcək. 

Fins.az xəbər verir ki, klub rəhbərliyi 49 yaşlı mütəxəssislə yeni sözləşmə imzalamaq üçün İdman Arbitraj Məhkəməsinin (CAS) qərarından istifadə etmək niyyətindədir. 

Qeyd edək ki, CAS UEFA-nın "Mançester Siti"ni avrokuboklardan 2 il müddətinə kənarlaşdırılması ilə bağlı verdiyi qərarı ləğv edib. Xosep Qvardiola 2016-cı ilin yayından komandaya rəhbərlik edir. Onun sözləşməsi 2021-ci ilin yayına qədər qüvvədədir. Komanda ispaniyalı baş məşqçinin rəhbərliyi altında iki dəfə ölkə çempionatının, bir dəfə isə kubokunun qalibi olub.