İDMAN

08 İyul

“Qalatasaray” çempionluq şansını itirdi

Türkiyə Super Liqasında 31-ci tur çərçivəsində iki matç keçirilib.

Günün ilk matçında “Gənclərbirliyi”  ilə “Fənərbaxça” qarşılaşıblar. Matç 1:1 hesabı ilə yekunlaşıb.

Turnir cədvəlinin lideri “Başakşəhər” isə “Dənizlispor”u qəbul edib. Oyun 2:0 ev sahibinin xeyrinə yekunlaşıb.

Bununla da “Başakşəhər”lə dördüncü pillədə qərarlaşmış “Qalatasaray”ın xal fərqi 14-ə çatıb. Bu isə o deməkdir ki, “Qalatasaray” çempionluq şansını artıq itirib.