İngiltərənin “Liverpul” klubu Tyaqo Alkantaranın keçidini rəsmiləşdirib.
Fins.az-ın məlumatına görə, bunu Premyer Liqa təmsilçisi açıqlayıb.
Almaniyanın “Bavariya” klubundan transfer olunan 29 yaşlı yarımmüdafiəçi ilə uzun müddətli müqavilə imzalanacaq. O, tibbi müayinədən keçdikdən sonra anlaşmaya imza atacaq.
Qeyd edək ki, İspaniya “Barselona”sının futbolçusu olan Alkantara 2013/14 mövsümündən “Bavariya”da oynayıb.