İngiltərənin “Çelsi” futbol klubu Almaniyanın “Bayer” komandasının yarımmüdafiəçisi Kay Havertzi transfer etmək istəyir.
Fins.az İtaliya mətbuatına istinadla xəbər verir ki, London klubu 20 yaşlı yarımmüdafiəçiyə 5 illik müqavilə təklif edib. O, bu təklifi qəbul edəcəyi təqdirdə, illik 8 milyon avro qazanacaq.
Bildirilib ki, Leverkuzen təmsilçisi almaniyalı yarımmüdafiəçi üçün 80 milyon avro tələb edir.
Qeyd edək ki, K.Havertz cari mövsümdə “Bayer”in heyətində keçirdiyi 38 oyunda 15 qol vurub və 5 assist edib.