UEFA Türkiyənin "Trabzonspor" futbol klubunu cəzalandırıb.
Fins.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı xəbər yayıb.
Məlumatda bildirilir ki, klub maliyyə feyr-pley qaydalarını pozduğu üçün bir il müddətinə avrokuboklardan kənarlaşdırılır.
Türk klubu 2020/2021 və ya 2021/2022 mövsümlərindən birində avrokuboklara qatıla bilməz.