İDMAN

03 İyun

Montsada Formula 1 yarışı tamaşaçısız keçiriləcək

Montsa bələdiyyə başçısı Dario Allevi Formula 1 üzrə İtaliya Qran-Prisinin vaxtında keçiriləcəyini bildirib.

Fins.az “FormulaPassion”a istinadla xəbər verir ki, koronavirus pandemiyası səbəbindən, digər Avropa mərhələlərində olduğu kimi, bu yarış da tamaşaçısız keçiriləcək.

Dario Allevi bildirib ki, Montsadakı Formula 1 yarışı sentyabrın 6-da qapalı şəraitdə baş tutacaq. Montsada epidemioloji vəziyyət yaxşılaşır. Artıq ikinci gündür ki, heç bir yoluxma hadisəsi qeydə alınmayıb.