İDMAN

27 May

“Sevilya” türkiyəli ulduza 12 milyon avro ödəməyi planlaşdırır

İspaniyanın “Sevilya” klubu Türkiyənin “Başakşehir” komandasının futbolçusu İrfan Can Kahveci üçün 12 milyon avro ödəməyi planlaşdırır.

Fins.az xəbər verir ki, bu barədə “Goal” nəşri məlumat yayıb.

“Sevilya” türkiyəli ulduzu mövsümün sonunda müqaviləsi başa çatacaq Ever Baneqanın yerinə almağı düşünür.

Xatırladaq ki, İrfan Can Kahveci bu mövsüm 22 oyunda meydana çıxıb. Həmin qarşılaşmalarda dörd qol vurub, iki məhsuldar ötürmə edib.