Məşhur futbol agenti Paulo Barboza qarşıdan gələn yay transfer pəncərəsi haqqında danışıb.
Fins.az xəbər verir ki, bu barədə “İzvestiya” məlumat yayıb.
P.Barboza bildirib ki, klublar futbolçuları ilə yollarını ayırmaq fikrini açıq şəkildə bəyan etməməlidirlər. Çünki bu addım onların dəyərini əhəmiyyətli dərəcədə aşağı sala bilər.
Barboza sərbəst pul vəsaitlərinin azaldığını və qarşıdakı dövrdə qazanclı sövdələşmə aparmağın çətin olacağını qeyd edib.