İDMAN

21 May

"Barselona" Çağlar üçün rekord məbləğ ödəyəcək

Türkiyə mill komandasının və İngiltərənin "Lester Siti" klubunun üzvü Çağlar Söyüncü növbəti mövsüm "Barselona”nın formasını geyinəcək.

Fins.az xəbər verir ki, Kataloniya təmsilçisi onu Jerar Pikenin mövqeyində oynatmağı düşünür. "Barselona"nın bu transfer üçün 55 milyon avro ödəyə biləcəyi qeyd olunur. Xəbəri futbolçunun meneceri Mustafa Doğru da "AS" nəşrinə açıqlamasında təsdiqləyib. Sözügedən transfer baş tutacağı halda Çağlar Söyüncü dünyanın ən bahalı türkiyəli futbolçusu kimi tarixə düşəcək.