İDMAN

20 May

Azərbaycan çempionuna 18 rəqib

Çempionlar Liqasının 2020/21 mövsümündə iştirak edəcək komandaların sayı 26-ya çatıb.

Fins.az-ın məlumatına görə, koronavirus pandemiyası üzündən dayandırılan və bərpa olunmadan başa çatan Uels çempionatının qalibi “Konnak” da bu siyahıya daxil olub.

Britaniyalılar I təsnifat mərhələsindən mübarizəyə qoşulacaq. Bu raundda qüvvəsini sınayacaq klubların sayı 18-ə çatıb.

Həmin komandalar I təsnifat mərhələsindən yarışa başlayacaq Azərbaycan çempionunun potensial rəqibləridir. Koronavirusa görə dayanan və taleyi hələ də qeyri-müəyyən olan Azərbaycan Premyer Liqasının qalibi bu mümkün rəqiblərdən biri ilə görüşəcək.

Qitənin ən nüfuzlu klub turnirində iştirakı dəqiqləşən digər 8 komandadan dördü qrup, biri IV, ikisi III, biri II raundda mübarizəyə qoşulacaq.

Çempionlar Liqası 
2020/21 mövsümü
Qrup mərhələsi
“Liverpul” (İngiltərə)
PSJ (Fransa)
“Marsel” (Fransa)
“Brügge” (Belçika)
IV təsnifat mərhələsi
“Ayaks” (Niderland)
III təsnifat mərhələsi
“Renn” (Fransa)
“Gent” (Belçika)
II təsnifat mərhələsi
“Alkmaar” (Niderland)
I təsnifat mərhələsi
“Omoniya” (Kipr)
“Seltik” (Şotlandiya)
“Dinamo” (Brest, Belarus)
“Yurqorden” (İsveç)
“Molde” (Norveç)
“Astana” (Qazaxıstan)
“Şerif” (Moldova)
“Dandolk” (İrlandiya)
“KuPS” (Finlandiya)
“Reykyavik” (İslandiya)
“Suduva” (Litva)
“Riqa” (Latviya)
“Fola” (Lüksemburq)
“Flora” (Estoniya)
“Dinamo” (Tiflis, Gürcüstan)
“Konnak” (Uels)
“Europa” (Cəbəllütariq)
“Klaskvik” (Farer adaları)