"Bavariya" yarımmüdafiəçi Filipp Koutinyonun müqaviləsini yeniləyir.
Fins.az məlumatına görə, braziliyalı oyunçunun icarə müddəti uzadılacaq.
Münhen klubu "Barselona"dan icarəyə götürdüyü ulduz futbolçunu iyunun sonuna qədər olan sözləşməsini avqustun axırına qədər uzadacaq. Almanlar zədəli olduğu üçün iyunun ortalarına qədər sıradan çıxan Koutinyonun Çempionlar Liqasında və Almaniya Kubokunda komandaya kömək etməsini istəyir.
Qeyd edək ki, "Bavariya" Koutinyonun birdəfəlik transfer hüququndan yararlanmayacaq.