İDMAN

05 May

“Mançester Siti”nin təyyarəsindən ət daşımaq üçün istifadə olunur

İngiltərənin “Mançester Siti” klubunun təyyarəsi koronavirus pandemiyası səbəbindən zəruri malların daşınması üçün istifadə olunacaq.

Fins.az xəbər verir ki, bu barədə “Daily Mail” agentliyi məlumat yayıb.

Qeyd olunur ki, yük daşıyan təyyarələr az sayda olduğu üçün “şəhərlilər”in təyyarəsi ilə ərzaq daşınır.

Son məlumata əsasən, ötən gün klubun təyyarəsi Sudandan Birləşmiş Ərəb Əmirliklərinə 24 ton ət daşıyıb.