İDMAN

04 May

İngiltərə Premyer Liqasında növbəti mövsüm də azarkeşsiz keçirilə bilər

İngiltərə Premyer Liqasının növbəti mövsümü də azarkeşsiz keçirilə bilər.

Fins.az-ın məlumatına görə, buna səbəb koronavirus pandemiyasıdır. 

Bu səbəbdən dayandırılan cari mövsümün bərpasından sonra bütün qarşılaşmaların neytral meydanda və boş tribunlar önündə keçirilməsi nəzərdə tutulub. Belə addım İngiltərə klublarına ümumilikdə 1 milyard funt sterlinq ziyana salacaq.

Lakin pandemiyanın 2021-ci ilin yayına qədər tam aradan qalxmayacağı ehtimal olunur. Bu üzdən də növbəti mövsümün bütün qarşılaşmaları da neytral meydanda və azarkeşsiz keçiriləcək.

Qeyd edək ki, cari mövsümün iyunun 12-də start götürməsi planlaşdırılır.